Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:35

Tofiq Abdin. Bu yaşda sevmək üçün havalanmaq gərəkdi...


-

bu yaşda sevmək üçün
havalanmaq gərəkdi
bu yaşda sevmək üçün
sevdalanmaq gərəkdi

o da mənim əlimdə
bu da mənim əlimdə
ortada ağlın gücü
adın mənim dilimdə

adına od düşücək
içimdəki alovdan
üz tutucaqsan mənə
bir gün söküləndə dan

çətin gəlib çıxasan
ayrılığın içindən
durmusan durduğun yerdə,
yad adam var içində...

gəlib çıxa bilməzsən
ayrılıq yaşayırsan
sən elə gəlirsən ki,
gedənə oxşayırsan...

Günün bütün mövzuları

XS
SM
MD
LG