Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:42

Tofiq Abdin. Bu dünyanı kim sahmana salacaq?


-

bu dünyanı kim sahmana salacaq
şairlərmi

biri dedi:
«Bu dünyanın qara daşı göyərməz»
Göndərdilər o daşları yığmağa...

bir dedi:
«Allah məni yarı öldür
yarı saxla ağlamağa»
Allah baxtı üzünə
Yavaş-yavaş döndü sözlü yumağa

biri dedi:
«göy üzü daş saxlamaz»
O atdığı daşlar yağdı başımıza
Boyun əydik yaraşmayan yaşımıza.

biri dedi:
Allah bizi qarğıyıb.
Yanındakı qarğıyanı görmədi
Allah düşdü yadına
Qara yaxdı o Allahın adına

biri dedi:
Allah bizi görmür ki...
Biz onun görürüksə
O bizi hardan görsün
Onda görəcək bizi
Allah özü
Yer üzündə görüksün.

2009

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG