Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:10

"Artuş və Zaur" Hollandiyada çap edildi


-

Bu yaxınlarda İsveçrəyə mühacirət etmiş yazıçı Əli Əkbərin erməni və azərbaycanlı oğlanlar arasında sevgidən bəhs edən "Artuş və Zaur" romanı Hollandiyada çap olunub.

Satış elanında deyilir ki, ilk dəfə 2009-cu ildə Azərbaycanda çap edilən roman qalmaqala səbəb olub, çünki tabu mövzulara töxunur:

Bunlardan biri homoseksual məhəbbət, digəri isə siyasətçilərin kart kimi istifadə etdiyi Dağlıq Qarabağ konflikti ilə bağlıdır. Münaqişəyə baxmayaraq roman azərbaycanlı və ermənilər arasında yaxın münasibətlərdən bəhs edir.

O da qeyd edilir ki, kitab Azərbaycanda dərc olunduqdan sonra polis tərəfindən satışdan yığışdırılmış, kitabı satan dükan müvəqqəti bağlanmış, sahibi polisə çağrılıb sorğu-sual edilmişdi.
XS
SM
MD
LG