Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:14

Avropa Birliyi Belorusu daha ağır sanksiyalarla hədələyir


Avqustun 10-da Brüsseldə toplaşan Avropa Birliyi rəsmiləri İsveçlə diplomatik gərginlik içində olan Belorusu yeni sanksiyalarla hədələyiblər.

Avropa Birliyinin Siyasi və Təhlükəsizlik Komitəsinin rəhbəri Olof Skood bugünkü toplantıdan sonra bildirib ki, birliyə daxil olan 27 ölkənin hər birində Belorus səfirlərinə ciddi etirazlar çatdırılacaq. Minskə mesaj göndəriləcək ki, birlik ölkələri İsveçin yanındadırlar.

Görüşdən əvvəl Avropa Birliyi ölkələrinin hamısının Belorusdakı səfirlərini geri çəkəcəkləri barədə məlumatlar vardı. Amma Avropa Birliyi rəsmiləri deyirlər ki, hələlik bu cür sərt qərarı qəbul etməyiblər, amma bu ilin sonunda Belorusa qarşı sanksiyalar qərarını yenidən gözdən keçiriləndə İsveçlə diplomatik problem Minskə qarşı ağırlaşdırıcı hal kimi nəzərə alınacaq.

Ölkədə insan haqlarının kobud pozulmasına görə 250 nəfər Belorus rəsmiləri, o cümlədən də prezident Alyaksandr Lukashenka Avropa Birliyinin sanksiyaları altındadır. Avropa Birliyi hər il Belorusda vəziyyəti yenidən müzakirə edib həmin sanksiyaların dərəcəsini ya artırır, ya da azaldır.

Keçən həftə Minsk “insan haqlarını həddən artıq müdafiə etdiyi üçün” İsveç səfirini ölkədən qovub. Amma müşahidəçilər deyirlər ki, əslində bu, iyulun sonunda İsveçli fəalların təyyarədən Belorusa soz azadlığını müdafiə mesajlı oyuncaqlar atması ilə bağlıdır.

İsveç də Belorus səfirini ölkədən çıxarıb.

Bu hadisəyə görə Belorusda ölkənin hava hücumundan müdafiə qüvvələrinin komandanı da daxil olmaqla iki yüksək rütbəli sərhədçi işdən kənarlaşdırılıb, oyuncaqların fotosunu yayan iki nəfər isə həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG