Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:55
-

"Qanun" nəşriyyatı oxuculara daha iki yeni kitab təqdim edib.

Bunlardan biri yazıçı Kamal Abdullanın "Labirint" adlanan hekayələr kitabıdır.

Buradakı hekayələr yaşadığımız dünya və sonsuz başqa dünyalar haqqında insanın duyğuları, yuxuları və təsəvvürlərinin nəqlidir. Müxtəlif hekayələrin qəhrəmanlarına ya aşkar, ya da gizli şəkildə elə gəlir ki, onlar bir başqa dünyada da yaşaya bilərdilər. Müəllifin ən böyük arzusu oxucu ilə həmsöhbət olmaqdır.

Kitaba ön sözün müəllifi S.Sarvandır.

Digər kitabi isə Cudit Maknotun 30 milyondan çox yayılan 17 sevgi romanından ən çox oxunanıdır: "Sənsizlik".

Lord Berlton Amerikadan Londona gələn nişanlısını gözləyərək toya hazırlaşır. Lakin qızın gəlməsindən bir neçə gün əvvəl sərxoş halda kareta altında qalaraq ölür. Lordun yaxın qohumları olmadığından, kare­tanı idarə edən qraf Stiven Uestmorlend mərhumun nişanlısını qarşılamaq və faciədən onu xəbərdar etmək qərarına gəlir. Lakin limanda ikinci bədbəxtlik baş verir, qraf Stiven körpüdə qadına yanaşmağa macal tap­ma­mış, krandan qırılıb düşən yük qadını zədələyir. Xəstəxanada həkimlər qadına sərt diaqnoz qoyur – amneziya, yaddaşın tam itirilməsi.

Gözəl amerikalı qadının həyatını məhv etməkdə özünü günahkar bilib, qraf Stiven onun qarşısında günahını yumaq üçün xəstə ilə oyun oynamaq qərarına gəlir və özünü qadının nişanlısı kimi qələmə verir...

Günün bütün mövzuları

XS
SM
MD
LG