Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:52

ABŞ Bashar al-Assada qarşı yeni sanksiyalar tətbiq edir


ABŞ rəsmiləri bildirirlər ki, Vaşinqton Suriya prezidenti Bashar al-Assad`a və onun müdafiəçilərinə qarşı yeni sanksiyalar planlaşdırır. Dövlət Katibi Hillary Clintonla birlikdə Afrika səfərində olan ABŞ rəsmiləri yeni sanksiyaların Assad rejimini tam çökdürəcəyini deyirlər.

Dövlət Katibi avqustun 11-də İstanbulda Suriya müxalifətinin təmsilçiləri ilə görüşdən sonra yeni sanksiyaları elan edəcək. İlkin məlumatlara görə qadağalar daha çox İrandan Suriya rejiminə dəstək verənlərə aid ediləcək.

Türkiyə və Qərb ölkələri Bashar al-Assadı dinc sakinlərə qarşı zorakılıqlarda ittiham edərək onun hakimiyyətdən getməsini tələb edirlər. Amma Assad`ı özünün müttəfiqi hesab edən İran, Rusiya və Çin ona qarşı daha sərt addımların atılmasına imkan vermirlər.

İnsan haqları fəalları son 2 ilə yaxın müddətdə Suriyada müxalifətlə hökumət arasında toqquşmalarda 20 minə yaxın adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG