Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:01

Prezidentin korteji qəzaya düşdü



Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun korteji Türkiyədə qəzaya uğrayıb. “Qafqazinfo”nun məlumatına görə, qəza prezidentin korteji Türkiyəyə səfər edən və ölkə başçısı Abdullah Gull`ə görüşdükdən sonra hava limanına doğru yola düşərkən baş verib.

Türkmənistan heyətinin kirayələdiyi “Mersedes” markalı beş və mətbuata aid bir avtomobilin də düşdüyü qəza nəticəsində yollarda güclü tıxac yaranıb. Qəza nəticəsində bəzi sürücülər və heyət üzvləri yüngül yaralanıblar.

Prezident Qurbanqulu Berdimuhammedovun avtomobili isə qəzadan salamat qurtarıb.
XS
SM
MD
LG