Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:39

Madonna Rusiyada cinsi azlıqların müdafiəsinə qalxıb



Pop ulduzu Madonna avqustun 9-də Sankt-Peterburqda konserti zamanı Rusiyada homoseksualları müdafiə edib. Madonna bu ölkədə cinsi azlığın hər hansı formada təbliğini qadağan edən qanuna qarşı çıxış edib.

Madonna cinsi azlıqlara qarşı dözümlülük göstərilməsinə çağıraraq konsert zamanı kürəyinə “Qorxmayın!” yazıb.

Madonna bundan əvvəl Moskvadakı konsertində də həbsdə olan Pussy Riot rok qrupu üzvlərini azadlığa buraxmağa çağırmışdı. Putinin əleyhinə mahnıları ilə tanınan bu qrupun 3 üzvü kilsəyə soxulub mahnı oxumağa görə tutulublar, onları 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Buna görə ortodoks xristianlar Moskvada etiraz aksiyası keçiriblər.

Moskvadakı çıxışından sonra ABŞ-ın Sankt-Peterburqdakı konsulluğu mümkün hücumlar barədə xəbərdar edib.

Rusiya rəsmiləri də bildiriblər ki, ölkə qanunlarını pozub-pozmamasını araşdırmaq üçün Madonnanın konsertindən yazılmış video kadrları yenidən incələyəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG