Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:44

ABŞ hərbçiləri İran dənizçilərini xilas ediblər



ABŞ hərbi dəniz donanmasından verilən məlumata görə avqustun 8-də Fars Körfəzində yanan gəmidən İran dənizçilərini xilas ediblər. Yanan gəmidəkilərdən 8 nəfəri İran, ikisi isə Pakistan vətəndaşı imiş.

ABŞ hərbçiləri onları öz gəmilərinə götürüb lazım olan tibbi yardım göstərdiklərini bildirirlər. Xilas olunan adamlar İrana təhvil veriləcəklər.

Son iki ildə artıq yeddici dəfədir ki, ABŞ hərbçiləri Fars Körfəzində İran dənizçilərini qəzalı vəziyyətdən xilas edirlər.
XS
SM
MD
LG