Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:01
Beynəlxalq Qızıl Xaç Komitəsi Hələb şəhərində döyüşlər başlayandan ilk dəfə bura humanitar yardım aparıb.

Komitənin bəyanatında bildirilir ki, döyüşlərin getməsinə baxmayaraq, ərzaq və tibbi ləvazimatlarla dolu yük maşını şəhərə çatıb.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, dünən bütün ölkə boyu baş verən döyüşlərdə 100-ə yaxın adam ölüb. Onların yarısı dinc sakinlərdir.

Hələbdə üsyançılar Salahaddin rayonundan çıxıblar. Bunu “taktiki manevrlə” izah ediblər. Hüquq müdafiəçilərinin sözlərinə görə, üsyançıların iki komandiri öldürülüb.

Hələbdə hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər iyulun 28-dən davam edir. Silahlı qarşıdurmalar Suriyanın daha bir neçə şəhərində və Dəməşq ətrafında da gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG