Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:33

Polisi maşın vurub


Avqustun 9-da Bakı-Astara magistral yolunda polis əməkdaşını maşın vurub.

ANSPRESS xəbər verir ki, iki yük maşının toqquşması nəticəsində meydana gələn qəza zamanı hadisə yerində xidmət aparan Qaradağ rayon polis idarəsi 11-ci polis bölməsinin baş serjantı 44 yaşlı Babagül Hacıyevi yoldan keçən “Mitsubishi” markalı avtomobil vurub.

Polis serjantını iş yoldaşları ağır vəziyyətdə xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polisi vuran sürücü isə idarə etdiyi avtomobillə hadisə yerindən qaçıb.

Qaradağ rayon polis idarəsindən AzadlıqRadiosuna verilən məlumata görə, avtomobilini atıb qaçan sürücü bir müddət sonra saxlanılıb.
XS
SM
MD
LG