Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:44

Naxçıvanda əkinçiliyə maraq artır


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 18 may 2012. sayı: 92 (20.497)


HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

...Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar.

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyət sahəsində çətinliklər yaransa da, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə şərait yaratmışlar. Ümummilli liderimiz zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: «Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmiş, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır».

Dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.

ŞƏRUR RAYONUNDA ƏKİNÇİLİYƏ MARAQ ARTIR

...Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli sərəncamı ilə «2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı» təsdiq olunmuşdur. Şərurun təbii iqlim şəraiti tərəvəzçiliyin, xüsusilə faraş və örtülü tərəvəzçiliyin inkişafı üçün çox əlverişlidir. Dövlət Proqramının qəbulundan sonra tərəvəzçiliyin inkişafına diqqət xeyli artırılmışdır. Rayonda iqlim şəraiti tərəvəz sahələrindən ildə 2 dəfə ( Yazlıq və payızlıq kartof, xiyar, pomidor, kələm və sair) məhsul götürülməsinə imkan verir. Hətta son illər Şərurda torpaq mülkiyyətçiləri tərəvəz məhsullarının istixana şəraitində yetişdirilməsinə xüsusi önəm verirlər. Artıq rayonun Məmmədsabir, Siyaqut və sair kəndlərində müasirtipli istixanalar istifadəyə verilmişdir.

Rayonda meyvəçilik də sürətlə inkişaf edir. Hazırda bağların sahəsi 982,5 hektara çatdırılmışdır. Təkcə ötən il ağaclardan 17 min 717 ton meyvə dərilmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Daha bir quruculuq ünvanında işlər başa çatmaq üzrədir
- Çəkilən zəhmət bəhrəsiz qalmır
- Yeni tamaşanın məşqlərinə başlanılıb

Şərhləri göstər

XS
SM
MD
LG