Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:48

Cinayətkarları tərifləyib göylərə qaldıran meyxanalar (Video)


-

Onlar adam bıçaqlayıb, cibə girib, yüz cür başqa cinayət törədiblər, amma indi bu canilərə mədhiyyələr qoşulur.

Lotular haqqında deyilən və musiqi üstə oxunan meyxanalar açıq satışdadır.

“MASALLININ GÖZÜ İDİ”

Rəhman Basılmaz bu meyxananı oğru aləmində “Masallı Mamed” kimi tanınan, keçən il 1 saylı həbsxanada beyninə qan sızdığı deyilən Məmməd Hüseynovun xatirəsinə həsr edib.

Qəlbimiz sevinməyəcək,
Heç üzümüz gülməyəcək.
Bir də Mamed gəlməyəcək,
Necə dözək bu intizara.

Haqq yolunda çalışmısan,
Həmişə düz danışmısan,
Axirətdə qovuşmusan
Cavanşirə, Bəxtiyara...




“BƏXTİYARIN BƏXTİ QARA”

Bəxtiyar Kərimov kriminal aləmdə Lotu Bəxtiyar, Batya, Bako, Basilava kimi tanınıb.

Bu meyxana da onu ideallaşdırır:

Ötən əsri varaqlasaq
Xeyli oğrular var idi.
Oğru aləminin şahı
Lotu Bəxtiyar var idi.

Varlılardan oğurlayıb
kasıblara yağlı əti,
Paylayıb bütün diyara,
ömrün verib dörd divara,

Bəxtiyarın bəxti qara,
Düşübdü o ahu-zara...




“YAŞASIN ƏHLİ-NARDARAN, YETİRMİŞ BU CÜR İNSAN”

Zolotoy Nəriman, Yetim Hüseyn, Lotu Aqaşka... Bu meyxanada deyilir ki, onlar “doğru yol gediblər”...

Slavik də həmişə,
Bu yolu seçibdir peşə,
Milliyyətcə rus idi,
Bizlərə məxsus idi.
Cismi ölüb, ruhu sağ,
Bizlərə olmuş dayaq,
Unudulmazdır Rəhim,
Danar bu insanı kim?
Ona da Juk deyirdilər,
Xətrin istəyirdilər...




“HAMISI MƏRD OĞUL İDİ, YOLLARI BİR YOL İDİ”

Bu da keçmiş SSRİ-nin ən nüfuzlu “vor zakon”larından olmuş Sanka Zveri (Cabir Qasımov) göylərə qaldıran meyxana.

Onlara rəhmət olsun,
yerləri cənnət olsun!

Ötüb keçsə də illər,
Dəyişsə də nəsillər,
Qeyrətli oğlanları,
Cabir tək insanları
Tarix unutmaz əsla,
Lap dağılsa da dünya.
Cabirin insanlığı,
Sadə mehribanlığı,
Şeirə, sənətə qiyməti,
Ziyalılara hörməti
Kasıblara qayğısı..




Bu meyxanalar sizdə nə hisslər doğurur?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG