Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:36

Ukrayna müxalifəti MSK-nı məhkəməyə verir


Birləşmiş Ukrayna müxalifəti məhkəmə yolu ilə Mərkəzi seçki Komissiyasında keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş nazir Yuri Lutsenkoun deputatlığa namizədliyinin qeydə alınmasına nail olmaq istəyir.

“Dəyişiklik cəbhəsi”nin lideri Arseniy Yatsenyukun sözlərinə görə, ölkə konstitusiyası və beynəlxalq qanunlara görə, onların ikisi də parlament uğrunda mübarizə apara bilərlər.

Onun sözlərinə görə Avropa insan haqları məhkəməsi seçkiyə 3 ay qalmış ukrayna
məhkəməsinin Timoşenko barəsində çıxardığı siyasi motivli qərarı ləğv edə bilər.

Timoşenko hazırda səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzası çəkir.

Həmçinin Yuriy Lutsenko 4 il azadlıqdan məhrum edilib.

MSK avqustun 8-də onların namizədliyini qeydə almaqdan imtina edib.
XS
SM
MD
LG