Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

Suriyaya yeni baş nazir təyin edildi


Suriya prezidenti Bashar Assad səhiyyə naziri Wael al-Halkini baş nazir təyin edib.

Əvvəlki baş nazir Riyad Hijab bazar ertəsi müxalifətin tərəfinə keçib.
İran isə bu arada Tehranda Suriya ilə bağlı beynəlxalq konfrans keçirildiyini xəbər verir.

Toplantıda Rusiya, Pakistan, Əfqanıstan və İraq da daxil olmaqla 30 ölkənin nümayəndələri iştirak edir.

Hazırda Suriyanın Hələb şəhəri uğrunda ağır döyüşlər gedir.

Üsyançıların Səlahəddin rayonundan geri çəkildikləri xəbər verilir.

Müxalifət bunun taktiki gediş olduğunu deyir.

İyulun 28-dən böyüklüyünə görə ikinci olan Hələb şəhəri uğrunda ağır döyüşlər gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG