Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58
Bu gün AFFA-da baş katib Elxan Məmmədovun iştirakı ilə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts və futbolçu Vaqif Cavadov arasında görüş keçirilib.

AFFA-nın saytında gedən məlumata görə, Berti Foqts deyib ki, Vaqif Cavadov gənc və bacarıqlı futbolçudur və hesab edirəm ki, ona ikinci dəfə şans verilməlidir.

Xatırladaq ki, 2011-ci ilin oktyabrında Avstriyaya millisi ilə Bakıda keçirilən seçmə oyundan (1:4) sonra Vaqif Cavadovla Berti Foqts arasında mübahisə yaranıb.

O vaxtdan Cavadov milliyə dəvət edilmirdi. Foqts isə müsahibələrində dəfələrlə bəyan etmişdi ki, onun baş məşqçisi olduğu müddətdə Vaqif bir daha Azərbaycan yığmasına çağırılmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG