Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:29

Hələb uğrunda döyüş davam edir


Suriyanın hökumət qüoşunları yenidən Hələb şəhərini artileriya atəşinə tutub.

Bu barədə Londonda fəaliyyət göstərən suriyalı hüquq müdadfiəçiləri xəbər verirlər.

Təkcə dünən ölkədə 167 nəfərin öldürüldüyü xəbər verilir.

Ölənlərdən 95-nin dinc sakin, 54-nün əsgər, 18-nin isə üsyançı olduğu bildirilir.

Hələbdə isə təkcə dünən 33 adam öldürülüb.

Artıq xeyli vaxtdır ki, şəhər uğrunda ağır döyüşlər gedir.

Hökumət qoşunları döyüşlərdə tank, hərbi təyyarələr və artileriya qurğularından istifadə edir. Üsyançılar şəhərin yarısının onların nəzarətində olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG