Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:13

Markesin dahiyanə romanından niyə dahiyanə film alınmadı?


"Vəba zamanı məhəbbət" filmindən kadr
"Vəba zamanı məhəbbət" filmindən kadr
-

Dahiyanə əsərləri ekranlaşdırmaq cəhdi rejissorlara böyük şöhrət də gətirə bilər, onları böyük çətinliklərlə üz-üzə qoya da bilər.

1995-ci ildə Amerika jurnalisti Jesse Kornbluth tanınmış yazıçılardan soruşmuşdu ki, hansı dahiyanə əsər əsasında film çəkilməsini istərdilər.

Edna O’Brien demişdi ki, Gabriel García Márquez-in "Vəba zamanı məhəbbət" romanından yaxşı film çıxar. Baş rolda da Al Pacino-nu görmək istədiyini demişdi.

(2007-ci ildə roman ekranlaşdırıldı, amma Pacino-suz)

Jane Smiley nə qədər çətin olsa da, Virginia Woolf-un “Mayaka doğru” romanına film çəkilməsini arzulamışdı.

John Updike isə madam De Lafayette-in “Klev şahzadəsi” romanının adını çəkmişdi...

Amma dahiyanə əsərlərdən heç də həmişə dahiyanə film çıxmır.

Məsələn, 2007-ci ildə ekranlara çıxan "Vəba zamanı məhəbbət" onun haqqında rəy yazmış tənqidçilərin yalnız 3-də 1-i tərəfindən müsbət dəyərləndirilmişdi.

“Time” jurnalı isə onu “dahiyanə əsərə çəkilmiş ən pis film nominasiyasına ən iddialı namizəd” adlandırmışdı. Yazmışdı ki, “baxmayın, gedin romanı bir də oxuyun!”

Carina Chocano isə “Los Angeles Times”da yazmışdı ki, məhəbbət haqda gözəl bir romanı Oskara qarmaq atmaq məqsədilə yüngül bir Hollivud teleserialına çeviriblər.

Bəs sizcə, Azərbaycan və dünya ədəbiyyatında hansı romanlar əsasında gözəl film çəkmək olar?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG