Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:27

Sabahdan hava sərinləyəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 32-36 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Avqustun 10-dan 12-si gündüzədək Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir.

Azərbaycanın rayonlarında avqustun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, avqustun 12-də bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 25-30 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG