Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:14

Naqasakinin bombalanmasından 67 il ötür


Yaponiya: Naqasaki atom bombası qurbanlarının anım mərasimində havaya ağ göyərçinlər buraxılıb, 9 avqust
Yaponiya: Naqasaki atom bombası qurbanlarının anım mərasimində havaya ağ göyərçinlər buraxılıb, 9 avqust
Avqustun 9-da Nagasaki şəhərində II Dünya müharibəsinə son qoyan atom bombalanmasının 67-ci ildönümü qeyd olunur. Naqasaki sakinləri atom bombasının atıldığı dəqiqələri, 11.02-ni sükutla qarşılayıblar.

Nagasaki meri Tomihisa Taue 1945-ci ilin bu günündə ABŞ-ın bombalaması nəticəsində həlak olan 74.000-ə yaxın insanın xatirəsinə həsr olunmuş anım mərasimində çıxış edib.

O, bu ilin martında «Fukusima» atom elektrik stansiyasında partlayış nəticəsində ziyan çəkmiş insanlara da öz yardımını vəd edib. 8,9 bal gücündə zəlzələdən sonra «Fukusima» atom elektrik stansiyasının reaktorlarından birinin soyutma sistemi sıradan çıxmışdı.

Nagasaki meri həmçinin Yaponiya mərkəzi hökumətinə müraciət edib ki, «cəmiyyəti radioaktivlik qorxusundan azad etmək üçün yeni enerji siyasətini hədəf götürsün».

Anın mərasimində çıxış edən baş nazir Yoshihiko Noda isə nüvə silahlarının ləğvinə çağırıb.

Naqasakidən 3 gün əvvəl ABŞ aviasiyası Xirosima şəhərinə atom bombası atıb, 140 mindən çox adam həlak olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG