Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:23

ABŞ Vyetnam müharibəsini “silir”


Avqustun 9-da Birləşmiş Ştatlar və Vyetnam ağaclardan yarpaqları tökən maddə – tərkibində dioksin olan “Agent Orange”in tarixi təmizlənməsinə başlayıblar.

İlk təmizləmə cəhdlərinə Danang Beynəlxalq Hava Limanının bəzi hissələrində start verilib.

Vyetnam Müharibəsi dövründə ABŞ-ın yarpaq tökdürmə proqramı üçün önəmli yerlərdən biri hava limanı olub.

ABŞ əsgərləri 1975-ci ildə sona çatan 10 illik Vyetnam Müharibəsi ərzində Vyetnam meşələri üstünə 80 milyon litr yaraqları tökdürən zəhərli maddə səpiblər.

Nəticədə yaranmış sağlamlıq problemləri üçün kompensasiya məsələsi müharibə sonrası böyük bir məsələdir.

Həm vyetnamlılar, həm də ABŞ veteranları arasında tənəffüs xərçəngi və doğum qüsurları “Agent Orange”-a məruz qalmaları ilə bağlıdır.

ABŞ bu layihəyə 41 milyon dollar ayırır.
XS
SM
MD
LG