Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39
MÜƏLLİMSİZ MƏKTƏBLƏR

«Bizim yol» «Müəllimsiz kənd məktəbləri»ndən yazır. Qəzet yazır ki, «soyuq, nimdaş məktəb divarları arasında təhsil alan ucqar kəndlərin müəllimsiz qalan şagirdlərinin təhsili, gələcəyə gedən yolu da kəndlərdəki yol kimi kələ-kötürdür». Gədəbəydəki məktəblərdən birində oxuyan 9-cu sinif şagirdi Zivər isə sentyabrda dərsə gedə bilməyəcəyini deyir.
«Artıq 9-cu sinfi bitirmişəm. Kəndimizdə əksər uşaqlar, əsasən də 9-cudan çıxırlar. Mən də yəqin ki, bu sentyabr daha məktəbə gedə bilməyəcəm».

İCTİMAİ PALATADAN YENİ BİRLİYƏ

«Yeni Azərbaycan» qəzeti İctimai Palatadan çıxanların yeni birlik axtarışında olduqlarını yazır. Qəzetə görə, «Hətta bir müddət öncə İctimai Palatada birləşdiyini iddia edənlər artıq vahid namizəd dalanına dirəndikləri üçün bir-birilərinə qarşı ittihamlar irəli sürməklə, ənənəvi metodlarından istifadə etməyə çalışırlar. Bəziləri isə saxta birlik oyunları ətrafında spekulyasiyalarını davam etdirərək yalançı görüntü yaratmaq istəyirlər».

ŞƏRLƏYƏNLƏRİN CƏZASI

«Azadlıq» qəzeti adamları şərləyənlərin hansı cəzaya məhkum edilmələrindən yazır. Qəzet bu məsələ ilə bağlı hüquqşünas Müzəffər Baxışlının fikirlərinə yer verib.

«Əsassız ittiham edənlər 7 ilə qədər cəza ala bilər. Sübutları saxtalaşdıranlara 3 il cəza düşür. Yalan ifadə verənlər isə 6 illik həbsə gedə bilər». Azərbaycan qanunvericiliyinə görə, ən çox cəza ədalətsiz hökm çıxaran hakimlərə düşür. «Cinayət Məcəlləsinin 295.2-ci maddəsinə əsasən, hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad çıxarması, eyni əməllərlə azadlıqdan məhrumetmə ilə bağlı qanunsuz hökm olduqda 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur».

BAKI DİPLOMATİK HƏMLƏLƏRİ GECİKDİRSƏ...

«Yeni Müsavat» qəzeti ABŞ-ın daha bir ştatının Nümayəndələr Palatasının Qarabağdakı separatçı qurumu tanıdığını yazır. Qəzetə görə, «Bakı diplomatik həmlələri gecikdirsə , proses təhlükəli miqyas ala bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG