Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:46

Tymoshenko parlament seçkisinə buraxılmadı



Ukraynanın Mərkəzi Seçki Komissiyası müxalifətdə olan Batkivshchyna blokunun parlament seçkisi üçün siyahısını qeydə alıb. Amma partiya lideri Yulia Tymoshenko və keçmiş Daxili İşlər naziri Yuriy Lutsenko siyahıya salınmayıb.

Ukraynanın Ədliyyə naziri avqustun 8-də bildirib ki, hazırda həbsdə olan şəxslər deputat mandatı uğrunda seçkidə iştirak edə bilməzlər.

Keçmiş Baş nazir Yulia Tymoshenko hakimiyyətdə olduğu zaman vəzifədən sui-istifadə ittihamı ilə tutulkub və hazırda 7 illik azadlıqdan məhrumetmə cəzası ilə həbsxanadadır. Onun dövründə Daxili İşlər naziri olmuş Lutsenko da vəzifədən sui-istifadə ittihamı ilə 4 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG