Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:52

Rusiya zabitləri Medvedevi Gürcüstana hücum zamanı çəkingənlikdə ittiham edirlər



Rusiya ordusunun keçmiş və hazırkı hərbir komandirlərindən bəziləri keçmiş prezident Dmitry Medvedevi 2008-ci ildə Gürcüstana qarşı hərbi əməliyyatlar zamanı çəkingənlikdə ittiham ediblər. Onlar deyirlər ki, keçmiş prezidentin tərəddüdləri lazımsız itkilərə səbəb olub.

Komandirlərin bu ittihamları onların internetdə yaydıqları videolarda səslənib.
Videoda onlar deyirlər ki, Ali Baş Komandan kimi Medvedev çox tərəddüd edib, axırda o zaman Baş nazir olan Vladimir Putin onu hərbi əməliyyata başlamağa sövq edib.

Gürcüstanla müharibənin 4-cü ildönümü münasibətilə çıxışında prezident Putin də deyib ki, o zaman Pekində Yay Olimpiya Oyunlarında olarkən Tbilisinin Cənubi Osetiyaya qarşı hərbi əməliyyata başladığını eşidib və bununla bağlı o zaman prezident olan Dimitry Medevdevə iki dəfə zəng edib. Putin həmin çıxışında bildirib ki, Gürcüstanın Cənubi Osetiyaya mümkün hücumunun dəf olunması planını onlar hələ bu müharibədən 2 il əvvəl – 2006-cı ildə hazırlayıb təsdiq ediblər.

Bu gün Cənubi Osetiyada çıxış edən Baş nazir Dmitry Medevdev isə müharibə qərarının lazım olan anda verildiyini deyib.

2008-ci il avqustun 8-də Gürcüstan ordusunun separatçı Cənubi Osetiyaya hərbi müdaxiləsindən sonra Rusiya ordusu Tbilisiyə doğru irəliləməyə başlayıb. Avropa Birliyinin vasitəçiliyi ilə Moskva hərbi əməliyyatı dayandırsa da Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb və orda ordu saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG