Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:01

Misir prezidenti kəşfiyyatın rəhbərini işdən azad etdi



Misirin yeni prezidenti Muhammad Mursi avqustun 8-də ölkənin kəşfiyyat idarəsinin rəhbəri Murad Muwafi`ni və ölkənin şimal əyaləti olan Sinainin qubernatorunu işdən azad edib.

Prezident eyni zamanda Müdafiə naziri Hussein Tantawi`yə hərbi polisin rəhbərini başqası ilə əvəz etməyi tapşırıb. 18 ay əvvəl keçmiş prezident Hosni Mubarak hakimiyyətdən qovulandan bəri hərbi polis ölkədə hər yerdə istifadə olunurdu.

Ötən bazar günü Misirin İsrail və Qəzza zolağı ilə sərhədində yerləşən Sinai rayonunda yaraqlıları Misir sərhədçilərinə hücum edib, 16 əsgəri öldürüblər. Ordan da İsrail tərəfə keçən yaraqlıları İsrail ordusu öldürüb.

Bundan sonra Misir Qəzzaya girişi müvəqqəti bağlayıb.
XS
SM
MD
LG