Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:48

Putinin Cənubi Osetiya etirafı



Rusiya prezidenti Vladimir Putin avqustun 8-də bildirib ki, hələ 2006-cı ildən – Gürcüstanla müharibədən iki il əvvəldən Cənubi Osetiyada hərbi əməliyyat planı qurublarmış. 2008-ci ildə Gürcüstanla qısamüddətli müharibənin ildönümü münasibətilə çıxışında Putin bildirib ki, hələ 2006-cı ildə Tbilisinin Cənubi Osetiyaya mümkün hücumunun dəfn olunmasına dair planlar hazırlayıblar və onu şəxsən özü təsdiq edib.

Putin bildirib ki, həmin plana Cənubi Osetiyadakı silahlı birlikləri təlimləndirmək və Gürcüstanla müharibə zamanı onların Rusiya ordusuna yardımına nail olmaq varmış: “Belə silahlı qruplar hətta Gürcüstan ordusu olsa belə, nizami ordu ilə bir şey edə bilməzdilər, amma onlar gözləndiyindən daha effektli oldular.”

Moskva 2008-ci il avqustun 8-də Tbilisini separatçı Cənubi Osetiyaya hücumda ittiham edərək Gürcüstana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Paytaxt Tbilisiyə doğru irəliləyən Rusiya ordusu Avropa Birliyinin vasitəçiliyi geri çəkilib. Amma Moskva ardınca Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb və ora ordu yeridib.
XS
SM
MD
LG