Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:32

Səfir: Abxaziya və Cənubi Osetiyada narkoticarət çiçəklənir


Rusiya-Gürcüstan müharibəsindən 4 il ötür
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00
Direct-ə keçid

Rusiya-Gürcüstan müharibəsindən 4 il ötür

-
«Azərbaycanla strateji tərəfdaş olan Gürcüstanın da bir məqsədi var - ərazi bütövlüyünü bərpa etmək».

Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Teymuraz Sharashenidze belə deyir. Səfir avqustun 8-də Gürcüstanla Rusiya arasında baş vermiş müharibənin 4 illiyinə həsr olunmuş mətbuat konfransı keçirib.

Konfransda bildirib ki, rəsmi Tbilisi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmaması üçün bütün diplomatik vasitələrdən istifadə edir.

Teymuraz Sharashenidze deyir ki, Rusiyanın silahlı qüvvələri hələ də Gürcüstanın işğal olunmuş ərazilərində qalmaqdadır. Səfirin dediyinə görə, bu ərazilərdə Rusiyanın on mindən çox əsgəri ilə yanaşı, həm də iki hərbi bazası var:

«Hazırda həmin ərazilərdə vəziyyət necədir, insanlar orada necə yaşayır? Birbaşa deyə bilərəm ki, insanlar orada pis yaşayırlar. Maddi təminat yox səviyyəsindədir. İqtisadi inkişaf çox aşağı səviyyədədir. Bu ərazilərdə kriminal şərait hökm sürür, xüsusən də narkoticarət. Çünki faktiki olaraq bu ərazilərə nəzarət yoxdur».

Səfirin dediyinə görə, müharibəyə səbəb Rusiyanın təcavüzkar siyasəti, Gürcüstanın Avropa və Avroatlantik məkana can atması olub.

Teymuraz Sharashenidze bildirir ki, bütün maneələrə baxmayaraq, Gürcüstan bu gün də daxili siyasətini dəyişməyib.

Səfir Azərbaycana həm müharibə dönəmində, həm də indi göstərdiyi dəstəyə görə də təşəkkür edib.

Rusiya-Gürcüstan müharibəsi 2008-ci ilin avqustunda Cənubi Osetiya ərazisində başlayıb. 5 gün davam edən müharibədə, Avropa Birliyinin hesabatına əsasən, ümumilikdə 850-yə yaxın adam həlak olub, 100 000 insan məcburi köçkünə çevrilib. Beynəlxalq çağırışlara baxmayaraq, Rusiya hələ də öz qoşunlarını Gürcüstan ərazilərində - Abxaziya və Cənubi Osetiyada saxlayır və bu regionları müstəqil dövlət kimi tanıyır. Qərb ölkələri və beynəlxalq təşkilatlar isə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.
XS
SM
MD
LG