Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49
-
Dörd qeyri-neft ixracatçısı olan MDB ölkəsinə pul köçürmələri kəskin şəkildə azalıb.

Dünyada neftin qiyməti ilin ikinci rübündən etibarən düşməyə başlayıb. Ona görə də, Rusiya maliyyə bazarında son dövrlər vəziyyət qeyri-stabil olaraq qalıb.

Bununla Rusiyanın iqtisadi vəziyyətinin üzərinə «buludlar çöküb», bu da pul köçürmələrinin azalması riskini artırır.

Bu durum xaricdən pul alanların vəziyyətinə mənfi təsir edə bilər. Xüsusilə də Tacikistan və Qırğızıstanın.

Kiçik qeyri-neft iqtisadiyyatına malik Tacikistan, Qırğızıstan, Ermənistan və Gürcüstan xaricdə (xüsusilə Rusiyada) işləyən vətəndaşların evə göndərdikləri pullardan ciddi şəkildə asılıdır.

Rusiya Mərkəzi Bankının məlumatına görə, bu ölkələrə 2011-ci ildə göndərilən pulun ümumi həcmi 6 milyard ABŞ dollarını ötüb.

Mühacirlərin 2011-ci ildə pul köçürmələri Tacikistanda ÜDM-nin 42.5, Qırğızıstanda 28, Ermənistanda 11, Gürcüstanda isə 7%-ni təşkil edib.

RUSİYADAN ERMƏNİSTANA GÖNDƏRİLƏN PUL HƏR İL 10 FAİZ AZALIR
Düşənbə-Moskva qatarı

Düşənbə-Moskva qatarı


Bununla belə, dünya iqtisadiyyatının Rusiyaya da mənfi təsiri pul köçürmələrinin bu dörd ölkəyə axınına son qoya bilər.

Qırğızıstan Mərkəzi Bankının məlumatına əsasən, bu ölkəyə 2012-ci ilin yanvar-mart aylarında köçürülən pulun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb.

Ermənistanda isə pul köçürmələrinin ildən ilə 10 faiz azalması tendensiyası müşahidə olunur.

Tacikistan hesabatını açıqlanmır. Amma Rusiya Mərkəzi Bankının statistikasında qeyd olunur ki, Rusiyadan göndərilən pul baratlarının (köçürmələr-AR) həcmi bir ildə 37 faiz aşağı düşüb.

Gürcüstanda məsələ bir qədər fərqli olub. Xaricdə yaşayan vətəndaşların ölkəyə pul köçürmələri mart ayından etibarən dramatik şəkildə azalıb. May ayında isə ötən illə müqayisədə 6% artım qeydə alınıb. Digər 3 ölkədən fərqli olaraq, Gürcüstana avro-zonada baş verən narahatlıqlar müəyyən qədər birbaşa təsir edir.

MİQRASİYA QAYDALARI SƏRTLƏŞDİRİLİR

Rusiyada miqrantlar

Rusiyada miqrantlar

Miqrantlardan asılı olan Rusiyanın əmək bazarındakı vəziyyət pul köçürmələri üçün əlverişli sayılır.

May ayında işsizlik 5.4 faiz azalıb. 2011-ci ilin yanvarında işsizlik 7.8, 2009-cu ilin fevralında (iqtisadi böhranın tüğyan etdiyi vaxt-AR) isə 9.4 faiz olub.

Nəzərə almaq lazımdır ki, Rusiyada işləyən heç də bütün miqrantlar statistikaya daxil edilmir. Tikinti və istehsal kimi sektorlarda əksər miqrantlar qeyri-rəsmi çalışır.

Bununla belə, dünya iqtisadiyyatında perspektivlərin ürəkaçan olmaması yerli əhali arasında əməkçi miqrantlara qarşı münasibəti pisləşdirir. Nəticədə siyasətçilər də buna reaksiya vermək məcburiyyətində qalır.

İyun ayında Rusiya prezidenti Vladimir Putin noyabra qədər miqrasiya qaydalarını sərtləşdirməyi tapşırıb.

Hər halda, Rusiyadan qonşu respublikalara pul köçürmələrinə məhdudiyyətlər yaranarsa, 2013-cü il həmin ölkələr üçün mənfi iqtisadi göstəricilərlə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG