Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

İran Suriyada tutulan 48 nəfərin istefada olan hərbçilər olduqlarını deyir



İranın Xarici İşlər naziri Əli Əkbər Salehi avqustun 8-də bildirib ki, Suriyada müxalifətin tutduğu 48 nəfər İran vətəndaşı İslam İnqilabı Qvardiyasının istefada olan hərbçiləridir. Nazir vurğulayır ki, bu adamlar Suriyaya yalnız dini mərasimə qatılmaq üçün gediblər.

Bu barədə Salehi onların azadlığa buraxılması xahişi ilə avqustun 8-də Ankaraya səfəri zamanı bildirib.

Həmin 48 İran vətəndaşını müxalifətin silahlı qrupları ötən həftənin şənbə günü tutublar.

Suriya müxalifəti həmçinin prezident Bashar al-Assadın tərəfində vuruşan Vladimir Kuzheyev adlı bir Rusiya generalını öldürdüklərini də bildirirlər. Amma Rusiya mediası ölkə rəsmilərinə istinadla bu xəbəri təkzib edirlər.

Salehinin səfəri zamanı Ankara Tehranı “dostcasına xəbərdar” etdiyini də bildirir. Xarici İşlər naziri Ahmet Davudoglu deyib ki, onlar Suriyada vəziyyətə görə Türkiyəni ittiham edən İrana “dostcasına xəbərdarlıq ediblər”.

İran ordusunun generallarından olan Hassan Firouzabadi Səudiyyə Ərəbistanı, Türkiyə və Qatarı Suriya məsələsində “Amerikanın müharibə oyununa qoşulmaq”da ittiham etmişdi.

Davudoglu həmkarı Salehiyə bildirib ki, belə bəyanatlara baxmayaraq, Ankara 48 İran vətəndaşının Suriya müxalifətinin əlindən qurtulmasına yardım etməyə çalışacaq.

Son iki ilə yaxın müddətdə Suriyada rejimin istefasını tələb edən müxalifət qüvvələri ilə hökumət arasında toqquşmalarda insan haqları fəalları 20 minə yaxın adamın həlak olduğunu bildirirlər. Hazırda Hələb şəhəri uğrunda ağır döyüşlər gedir.

Türkiyə və Qərb prezident Assadı dinc əhaliyə qarşı zorakılıqda ittiham edir. Amma İran, Rusiya və Çin hələlik Assad rejiminə müttəfiq kimi çıxış edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG