Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:08

Murtuz Ələsgərovla vida mərasimi başa çatıb


Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovla vida mərasimi başa çatıb.

APA-nın məlumatına görə, Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasiminə mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin deputatları, Ombudsman Elmira Süleymanova, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri qatılıblar.

Mərasimdə iştirak edənlər arasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP millət vəkili Sinan Oğan da olub.

Vida mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Ali Məhkəmənin sədri Ramiz Rzayev mərhum Murtuz Ələsgərovla bağlı fikirlərini bölüşüb, onun ailə üzvlərinə başsağlığı veriblər.

Mərasimin sonunda Murtuz Ələsgərovun oğlu, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək mərasimə qatılanlara təşəkkürünü bildirib. Daha sonra mərhumun cənazəsi torpağa tapşırılmaq üçün birinci Fəxri Xiyabana aparılıb.

Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərov uzun sürən xəstəlikdən sonra dünən 84 yaşında vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG