Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:42

“Pussy Riot”`un işi ilə bağlı məkəmə qərarı avqustun 17-də elan olunacaq



Moskva şəhər məhkəməsi bu gün elan edib ki, “Pussy Riot” qadın rok qrupunun 3 fəalına qarşı hökm avqustun 17-də oxunacaq.

Moskvada kilsəyə girib mahnılar oxumaq üstündə bu ilin martında tutulan qızlar xuliqanlıqda və xristianların dini heysiyyatını təhqir etməkdə günahkar bilinirlər. Dövlət ittihamçısı onların hər birinin 3 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Həbsdəki qrup üzvlərindən biri Nadezhda Tolkonnikova bugünkü prosesdə son sözündə azadlığa buraxılmalarını tələb edib:

- Bütün qapıları açın, paqonlarını atın, bizimlə birgə azadlığı duyun.

Bu qrup Vladimir Putinin əleyhinə mahnıları ilə tanınır. Onlar seçki ərəfəsində Rusiya patriarxının Putinə səs verməyə çağırmasına etiraz olaraq kilsədə mahnı oxuduqlarını deyirlər.
XS
SM
MD
LG