Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35

Sarkisian Moskvaya gedir



Ermənistan prezidenti Serzh Sarkisian avqustun 8-də Moskvaya səfər edib həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırır. Bu, Putinin may ayında yenidən prezident kimi hakimiyyətə qayıdışından bəri Sarkisian`ın onunla ilk ikitərəfli görüşü olacaq.

Kremlin mətbuat xidmətindən bildirirlər ki, prezidentlər ölkələri arasında siyasi, hümanitar, ticarət və iqtisadiyyat sahəsində əsas əməkdaşlıq sahələrini müzakirə edəcəklər: “Görüşdə həmçinin Avrasiya inteqrasiya prosesləri çərçivəsində Rusiya-Ermənistan əlaəqləri, həmçinin beynəlxalq və regional məsələlər, o cümlədən də Dağlıq Qarabağ məsələsinin həlli yolları müzakirə ediləcək.”

Serzh Sarkisian hazırda yay məzuniyyətində olsa da məzuniyyətini kəsib Moskvaya işgüzar səfərə yollanıb.
XS
SM
MD
LG