Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:27
-

Arazın o tayından


Aydın Araz


Yalnızlıq

Ayın ən aysız gecələri kimi bir şeydir
Acı çəkmək dəyil
Çəkməyə acı tapmamaqdır yalnızlıq

Xalqın üçün yediyin sillənin izində
Xalqının tüpürcəyidir üzündə

Yazdığım şeirdə sözcük tapa bilmirəm
Bax siqaramın pok vurmadan tükənməyinə!

Yalnızlıq yəni qapını döyənlər
Üzür istəyirlər yanlış gəldiklərinə görə
Və həyat yoldaşın başqasını gəzdirə beynində
Sən ilə bir yataqda yatarkən!

Yalnızlıq elə budur
Göndərdiyin məktubların qayıtması
Məzarlıqda
Atanın qəbrini tapa bilmədıyindir yalnızlıq
Polislərin səni tutmadıqları
Şeir yazanmadığın çağlardır yalnızlıq

Bax
Ən aysız gecələrin birisində
Siqarama pok vurmadan tükənirəm!...


Qırmızı çirk utubuslar


Mən qəzetdə iş axtarıram
Tunesdə inqilab olur
Tunesdə prezedent işini əldən verir
Mən qəzetdə iş axtarıram
Şahın oğlu özünü öldürür

Qırmızı utubuslar məni aparır
Qırmızı və çirk utubuslar
Məni aparır , bir də nəm neçə milyon iş-
Sizi
Tehran dəryadır
Mən balıqları çox sevirəm
Sən balıqlar borcundansan.
Tehranda hündür hündür burclar var!
Qırmızı çirk utubusla dolanırıq azadlıqın başına
Mən qəzetdə iş axtarıram
Qəzet dinləmir məni
Kimsə tanımır məni
Hamı tələsir
Kimsə yandırmayır siqarımı
Azadlıq gicəllənir məni başıma
Tunesdə inqilab olur
Iş tapanmıram
Şahın oğlu özünü öldürür
Tehran dəryadır
Hamı hamıdan uzaqdı
Qırmızı çirk utubuslarda hamı hamıya yaxındır
Burun buruna dayanmışam bir əfğan fəhləsiylə
Iş axtarıram
Qulağımda sezən akso
"geri dön – geri dön"
Dönəməm sezəncim, iş ariyorum!
Balıqları sevirəm
Azad balıqları
Qırmızı rojlu balıqları
Sən balıqlar borcundansan
Mən xərçəng borcundan
Tehran dəryadı
Boğuluram – tüsüdən!

Xərçəng Bakıda xəstəlikdir
Çində bir dəniz yeməyi
Mən xərçəng borcundanam – sən balıqlar
Sezən Akso qulağımda:
"Git!"
Gediyorum də, sezəncim, işariyorum!
Ürəyim sıxılır dörd kürək arasında
"ببخشید پیاده می شم"*
Cibim vurulur birisinə
Balıqlar diksinir
Dodağım uçuqlayır
"Tunesdə inqilab haraya çatacaq?"
Bilmirəm ağa
Mən qəzetdə iş axtarıram
Birisi mənim cibimi vurur
"Sezen Akso" nu çıxardıram qulaqımdan
Alo, Səid, mənə pul yetir
Həmidə bir iki zindan şeri
Tehran dəryadır
Boğulur hamı
Ferdusi hürüt hürüt baxır qırmızı çirk utubuslara
Qəzetləri təkcə işsizlər alır
Tehranda yağış şayiəsi düz çıxır
Islanır qəzetdə tunes inqilabi
Yuyulur şahın oğlunun qanı qəzetdə
Siqarımı söndürür yağış
Kimsə yandırmayır siqarımı
Hamı tələsir
Hamı hamıdan uzaqdı
Dostlarım boşanır sevgilərindən
Hamı boşanır sevgilərindən
Dünyada yalnızlıq çoxalır
Sezən qulağımda pıçıldayır:"ağlamak güzəl"
Hamı hamıya yaxınlaşır qımızı – çirk utubuslarda
Xərçənglərlə balıqlar necə yaşayırlar dənizdə?!
Mən balıqları çox sevirəm
Qırmızı rojlu azad balıqları
Mən utubuslarda uçuqlayıram
Qəzetlər mənə iş tapmırlar
Cibim çox romantikdi
Cibim vurulur bir oğruya
Səid mənə pul gətirəcək – bir də neçə zindan şeri
Sezənin batrısı qurtarıb mobaylımda

___________

*(farsca) Bağışlayın, mən düşməliyəm

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG