Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:44

Bakıda 96 yaşlı qadın meyiti tapılıb


Avqustun 8-də səhər saatlarında Bakı şəhərinin Səbail rayonu ərazisində kimsəsiz qadının meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, polisə Əhməd Cavad küçəsi ev 22, mənzil 92 ünvanında yaşayan ahıl qadının telefon zənglərinə və qapının döyülməsinə cavab verməməsi ilə bağlı məlumat daxil olub.

Evə gələn hüquq-mühafizə orqanları nümayəndələri qapını açıb və orada yaşayan 1916-cı il təvəllüdlü İsmayılova Leyla Rəşid qızının meyiti tapılıb. İlkin baxış nəticəsində 96 yaşlı qadının bir neçə gün əvvəl öldüyü müəyyən edilib.

Vəfat etmiş qadın uzun illər imiş ki kimsəsiz yaşayırmış və xroniki xəstəlikdən əziyyət çəkirmiş.
XS
SM
MD
LG