Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:06

Azərbaycanda isti hava şəraiti davam edəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yaxın iki gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Hava əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin əsasən az buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-26, gündüz 36-38 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG