Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07

İlham Əliyevin London səfəri, neft şirkətində ixtisarlar və ...


Mətbuat icmalı

Mətbuat icmalı

ARDNŞ-DƏ İXTİSARLAR KÜTLƏVİLƏŞİR

«Yeni Musavat» qəzeti yazır ki, Dövlət Neft Şirkətində kütləvi ixtisarlar başlayıb. İxtisar olunan yüzlərlə neftçi ARDNŞ-i məhkəməyə verir. Qəzetin yazdığına görə, otuz min neftçinin ixtisar olunma təhlükəsi var. «Azəriqaz» və «Azərkimyada» da ixtisarlar başlayıb.

İLHAM ƏLİYEV LONDONDA NƏDƏN DANIŞIB?

«Yeni Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyev Londonda Böyük Britaniyanın baş naziri David Cameronla görüşüb. Görüşdə ikitərəfli əlaqələr, enerji və qeyri-neft sektorunda əməkdaşlıq, təhlükəsizlik, regional və beynəlxalq məsələlər müzakirə olunub.

PREZİDENT OLİMPİYA QALMAQALININ TƏSİRİNİ AZALTMAĞA GEDİB

«Azadlıq» qəzetinin bildirdiyinə görə, prezident İlham Əliyevin London səfəri Olimpiya qalmaqalı ilə bağlıdır. Ekspertlər onun BP rəhbərliyi və Britaniya baş naziri ilə görüşünü də bu amillə bağlayırlar. Politoloq Leyla Əliyevanın qəzetə dediyinə görə, İlham Əliyev bu səfərində Londonda baş vermiş qalmaqalın təsirini azaltmağa çalışacaq.

SURİYA ERMƏNİLƏRİ DAĞLIQ QARABAĞA KÖÇÜRÜLÜR?

«Azərbaycan» qəzeti «Azərbaycan Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması» ictimai birliyinin bəyanatını yayıb. Bəyanatda Suriyada yaşayan və Bashar Assad rejimini dəstəkləyən ermənilərin Dağlıq Qarabağa köçürülməsi təşəbbüsü pislənir. Qeyd olunur ki, Suriyada indiki rejim devriləndən sonra oradakı ermənilərin aqibətinin yaxşı olmayacağından qorxan Ermənistanda təkrar məskunlaşdırma planı həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG