Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:52

«Avropa dünyaya azərbaycanlıların milli dəyərlərini diqtə edir»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 17 may 2012. sayı: 91 (20.496)


ƏKİN KAMPANİYASININ SÜRƏTİ ARTIR

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən birini çevrilib. Torpaq mülkiyyətçilərinə müxtəlif kredit və yardımların verilməsi, onların keyfiyyətli toxum sortları ilə təchiz edilməsi, təsərrüfatın müxtəlif sahələri ilə məşğul olan insanlara metodiki köməkliklərin göstərilməsi diqqət mərkəzində saxlanılır. Yaxşı cəhət kimi onu da qeyd edək ki, bir vaxtlar əkinçilik üçün dağlıq zonalar səmərəsiz hesab edilirdisə, artıq bu ünvanlarda yüksək keyfiyyətli məhsul istehsalına nail olunub. Bunu Şahbuz rayonunun timsalında da görmək mümkündür.

Rayon İcra Hakimiyyətinin başçısının aqrar məsələlər üzrə müavini Yenibar Vəliyevdən aldığımız məlumata görə, bölgədə bu günədək 1494 hektar sahədə əkin keçirilib. Torpaq mülkiyyətçiləri 199 hektar sahədə arpa, 416 hektar sahədə kartof, 279 hektarda tərəvəz, 232 hektarda dənli – paxlalı, 6 hektar sahədə bostan bitkiləri, 4 hektar sahədə günəbaxan əkini başa çatdırılıb.

AVROPAYA İNTEQRASİYA PROSESİNƏ MİLLİ DƏYƏRLƏR KONTEKSTİNDƏN BAXIŞ

...Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, Avropa mədəniyyəti, elmi, incəsənəti Şərqdən götürdüyü kimi, bu gün bir sıra diqtə edilən dəyərlər də Şərq dəyərləridir. Daha dəqiqi, Şərqin ən inkişaf etmiş xalqı olan biz azərbaycanlıların milli dəyərləridir. Uzunmüddətli istilalar, böyük xalqların, imperiyaların üzərimizdə apardığı assimilyasiya «təcrübələri» nəticəsində bizi dəyərlərimizin bir çoxundan uzaq salmağa çalışanlar indi bu dəyərləri bizə Avropa dəyərləri kimi «sırımaq» istəyirlər. Halbuki, Avropada dinə və məzhəbə görə təqib, rəngə, milli mənsubiyyətə görə ayrı – seçkilik olanda Azərbaycanda insana ən ali varlıq kimi qiymət verilib.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Hüquqi maarifləndirmə günün tələbidir
- Eyni ünvana iki quruculuq ünvanı
- Asayiş keşikçilərinə növbəti qayğı
XS
SM
MD
LG