Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:06

Londonda 7 kamerunlu atlet yoxa çıxıb


London Olimpiadasında Kamerundan olan 7 atlet iki gündür ki, yoxa çıxıb.
Kamerun nümayəndə heyətinin başçısı David Ojong deyib ki, itən idmançılar yəqin ki, Britaniyadan sığınacaq istəyəcəklər.

Britaniyanın immiqrasiya idarəsi isə bildirir ki, Kamerun idmançılarının sığınacaq üçün onlara müraciət etməsi barədə şərh verə bilməz.

London Olimpiadası başlandığı gün Sudan səfirliyi də bildirmişdi ki, Sudanın 3 atleti yoxa çıxıb.
Səfirliyin məlumatına görə, onlardan biri Britaniyadan sığınacaq istəyib, qalan iki atlet də sığınacaq üçün müraciət etməyə hazırlaşırdı.
XS
SM
MD
LG