Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:41

Azərbaycanda yeni hava limanının tikilməsi müzakirə edilir


Arxiv foto
Arxiv foto
Azərbaycanda daha bir hava limanının tikilməsi müzakirə edilir.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib ki, hazırda Naftalan şəhəri ərazisində hava limanının qurulmasının səmərəliliyi məsələsi müzakirə olunur.

«Ola bilsin ki, gələcəkdə bu ərazidə də hava limanı tikilsin. Hazırda ölkəmizdə 6 hava limanı fəaliyyət göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindən sonra Xankəndi hava limanının məsələsinə də baxıla bilər. Əsas perspektivlərdən biri isə ABŞ-a birbaşa uçuşların təşkil edilməsidir»,Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, bu sahədə ABŞ-ın özünün standartları var, ABŞ-ın aviasiya üzrə federal administrasiyasının tələblərinə uyğun olaraq hər hansı dövlət Birləşmiş Ştatlara müntəzəm uçuşlar təşkil etmək istəyirsə, öncə həmin dövlətdə aviasiya sahəsinə nəzarətin keyfiyyətini yoxlayırlar. Bu mənada ABŞ tərəfi ölkəmizdə bu məsələ ilə bağlı vəziyyəti öyrənməlidir.

Vəziyyəti yoxladıqdan sonra ABŞ tərəfi Azərbaycana «A» kateqoriyası üzrə qiymət verməlidir.

«Əgər «A» kateqoriyasını alırıqsa, onda bizim aviaşirkətlər müntəzəm uçuşlara buraxılacaq. «AZAL» gələn ilin yayından belə uçuşlara başlamaq istədiyinə görə biz artıq bu ilin axırında əvvəl texniki audit, 2013-cü ilin əvvəllərində isə ABŞ Federal Agentliyi tərəfindən auditi keçməyə hazırlaşırıq», - Məmmədov əlavə edib.

Hazırda Bakı, Naxçıvan, Gəncə, Qəbələ, Zaqatala və Lənkəranda hava limanı fəaliyyət göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG