Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39
-
Təsadüf nəticəsində yaranan qrup «Mhin» və problemlərlə mübarizə aparmaq üçün yaradılmış «Awake». «Flashmob»un budəfəki qonaqları bu qrupların üzvləri Tural AbbasSamir Məmmədovdur.

Dörd nəfərdən ibarət «Mhin» qrupunun üzvü Tural deyir ki, təsadüfən musiqi yazmağa başlayıblar. Janrlar arasında isə xüsusi ayırım etmirlər:

«Oturmuşduq Hövsanda, gördüm qrupun gitaristi Amir gitara dınqıldadır, mən də nələrsə yazdım. Çox qruplar ad qoyarkən fəlsəfəyə qaçır, biz «Mhin» qoyduq. «Mhin» MSN-də «smaylik» adıdır, dil çıxartmaq «smayliki»dir, ağlımıza gələn o oldu».

«Awake» qrupunun üzvü Samir Məmmədov isə deyir ki, qrup sosial problemlərlə mübarizə aparmaq üçün yaradılıb:

«Problemlərlə mübarizə aparan kütlə var, amma insanları inandırmaqda çətinlik çəkirlər. Biz də fikirləşdik ki, musiqi qrupu olaraq musiqi ilə insanlara müraciət edək. Hazırda 4 nəfərdir qrupda. Mahnılar problemlər barədə olur».

Qrupun ən sevilən mahnısı «Eurovision» Mahnı Müsabiqəsinin seçim mərhələsində oxuduqları «Hamının bir vətəni var» «Awake»

«Awake»

mahnısıdır:

«Dünyəvi əhəmiyyət daşıyır. Orada sözlər var ki, kimi kimdən qoruyur əlisilahlı əsgərlər, sadəcə, insanları ayırır tikanlı məftillər».

«Mhin»in ən sevilən mahnıları isə «Özü bilər» və «Söykənmə»dir. 4 nəfərdən ibarət olan «Mhin» qrupunun üzvü Tural deyir ki, nə barədə yazacaqlarını əvvəlcədən düşünmürlər:

«Ruh halımızdan asılıdır. Bu gün oxuyuruq, sabah oxumaya bilərik. Kefimizə düşəndə yazırıq, mövzu seçimi yoxdur. «Semeçka» əlimdən düşə bilər, ondan yaza bilərəm, yanımda adam ölər, ondan yaza bilmərəm. Təsirlənməkdən asılıdır. İstəyir YouTube-da sıfır baxış olsun, istəyir 50 min baxış, mənim üçün fərqi yoxdur, rahat, özümüz üçün yazırıq».

Müxtəlif ixtisas sahibi olan bu iki qrupunun üzvlərini qruplarda birləşdirən musiqidir.

Söhbəti tam olaraq burada dinlə:


XS
SM
MD
LG