Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:55

İran Suriyada tutulan 48 iranlının buraxılmasını istəyir


İranın xarici işlər naziri Salehi Suriya böhranını və burda tutulub-saxlanmış onlarla iranlının taleyini müzakirə etmək üçün Türkiyəyə gəlib.

Suriyada prezident Bashar Assada qarşı vuruşan yaraqlılar şənbə günü Dəməşq ətrafında 48 iranlını tutublar.
İran hökuməti bu iranlıların müqəddəs yerlərə ziyarət edən zəvvarlar olduğunu bildirir.
Suriyanın müxalifət yaraqlıları isə bu iranlıların İranın İnqilabi Qvardiyasının üzvləri olduğunu deyir.

Salehi Türkiyənin və Qətərin xarici işlər nazirlərindən xahiş edir ki, tutulan iranlıları buraxdırmağa kömək etsinlər.
Suriya müxalifəti bildirir ki, tutulan 48 iranlıdan 3-ü hökumət qoşunlarının bombardmanında ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG