Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:23

Təbriz-Bakı aviareysi dayandırılıb


İranın «Kish Air» aviaşirkəti Təbriz-Bakı-Təbriz marşrutu üzrə aviareysləri müvəqqəti olaraq dayandırıb.

Şirkətin Azərbaycandakı təmsilçisi APA-a bildirib ki, həftədə bir dəfə (şənbə günləri) yerinə yetirilən Təbriz-Bakı-Təbriz aviareysi üzrə uçuşlar məlum olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb: «Buna baxmayaraq, avqust ayının 15-20-dən sonra aviaşirkət sözügedən marşrut üzrə uçuşları bərpa etmək niyyətindədir».

Bu ilin iyun ayınadək «Kish Air» Təbriz-Bakı-Təbriz aviareysini həftədə iki dəfə (II və VI günlər 14:15-də) yerinə yetirib. Lakin sonradan uçuşlar yalnız həftədə bir dəfə (VI gün 14:15-də) həyata keçirilib. Hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 159 manatdır.

Hazırda Bakı-Təbriz aviareysini həmçinin «Azərbaycan Hava Yollar» (AZAL) aviaşirkəti də yerinə yetirir. AZAL bu marşrutla həftədə iki dəfə (II və VI günləri saat 22:00-da) uçuşlar həyata keçirir. Hər iki istiqamətdə bir aviabiletin qiyməti 186 manat təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG