Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06
Suriya baş naziri Riad Hijabın ailəsi ilə birgə İordaniyaya planlaşdırılmış qaçışı prezident Bashad al-Assad rejiminin çökməyə başladığını göstərir.

Ağ Evin mətbuat katibi Jay Carney bildirib ki, «Assad rejimi daxildən parçalanır» və Assad-in sayılı günlərinin qaldığını güman edir.

Fransanın XİN isə deyib ki, baş nazirin Suriya üsyançılarına qoşulması sübut edir ki, rejim «silahlı zorakılığı seçdiyindən» dəstəyi itirir.

Sünni müsəlman olan Riad Hijab prezident Assad-in Baath partiyasının uzun müddət tərəfdarı olub.

Ancaq onunla birgə qaçan köməkçisi bildirib ki, Hijab 2 aydan artıq idi qaçmağı planlaşdırırmış. Belə ki, həmin vaxt prezident Assad ona ya baş nazir postunu seçməlisən, ya da ölməlisən demişdi.

HİJABİN QAÇIŞI TƏNƏZZÜLƏ SƏBƏB OLA BİLƏR

Analitiklər hesab edir ki, Hijabın qaçışı Assad rejimində ciddi tənəzzülə səbəb olacaq.

Keçmiş Kənd Təsərrüfatı naziri Riyad Hijab bu il iyunun 23-də Baş nazir vəzifəsinə təyin edilmişdi. İndiyə qədər prezident Bashar al-Assad`ın komandasını çox sayda məmur tərk etsə də ilk dəfədir ki, Baş nazir kimi ali vəzifə tutan bir adam da ondan üz döndərir.

Bu arada ötən gün axşam Suriya hakimiyyəti keçmiş baş naziri Riyad Hijabın istefaya göndərilməsindən sonra kiçik iclas keçirib. Rəsmi məlumata görə, iclas baş nazir postuna təyin olunmuş Omar Galavanjinin rəhbərliyi ilə keçirilib.

Son 2 ilə yaxın müddətdə Suriyada rejimin istefasını tələb edən müxalifət qüvvələri ilə hakimiyyət arasında toqquşmalarda insan haqları fəalları 20 minə yaxın adamın həlak olduğunu bildirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG