Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:20

Yəməndə yaraqlılara qarşı əməliyyat keçirilib


Ötən gecə Yəmənin mərkəzi hissəsində, Rada şəhəri yaxınlığında “Əl-Qaidə” yaraqlılarına qarşı əməliyyat keçirilib.

Amerikanın pilotsuz təyyarələri yaraqlılara hava zərbələri endirib. Ölənlərin sayı haqqında məlumat verilmir.

Rada şəhəri yaraqlıların dayaq mərkəzlərindən sayılır.

Yəmənin təhlükəsizlik qüvvələrinin məlumatına görə, dünən gecə Caar şəhərində 6 radikal islamçı tutulub. Şənbə günü bu şəhərdə intiharçının törətdiyi partlayış nəticəsində 45 nəfər öldürülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG