Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

Saakashvili: “İşğal olunmuş torpaqlarımızı qaytaracağıq”


“Gürcüstan işğal olunmuş torpaqları qaytarmağa nail olacaq”.

Bunu Gürcüstan prezidenti Mikheil Saakashvili Cənubi Osetiya sərhədi yaxınlığında yerləşən bir neçə kəndə baş çəkərkən yerli əhali qarşısındakı çıxışında bildirib.

Saakashvili deyib ki, “biz ölkəmizi birləşdirəcəyik və mütləq torpaqlarımızı qaytaracağıq”.

“İnterfax”-ın məlumatına görə, Saakashvili Gürcüstanın mütləq NATO və Avropa Birliyi üzvü olacağını da bildirib.

Mikheil Saakashvili bildirib ki, Gürcüstanın məqsədinə çatmasına heç kim mane ola bilməyəcək.
XS
SM
MD
LG