Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:59
Avqustun 7-i Azərbaycan Milli Məclisinin keçmiş spikeri Murtuz Ələsgərov uzun sürən xəstəlikdən sonra vəfat edib. APA-nın məlumatına görə, sabah səhər saatlarından başlayaraq sabiq spikerlə vida mərasimi keçiriləcək. Vida mərasiminin Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulur. Murtuz Ələsgərovun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri işləyib.

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. «İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. MDB-nin «Sodrujestvo» ordeninə və Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülüb.

MURTUZ ƏLƏSGƏROV 91-LƏRDƏN BİRİDİR

Murtuz Ələsgərov mərhum Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün imza atmış 91 nəfərdən biridir. 1992-ci ildə 91 nəfər imza toplayıb Heydər Əliyevi yenidən hakimiyyətə çağırmaq qərarı verdi.

Murtuz Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.

Murtuz Ələsgərov 2005-ci il noyabrın 6-dan 11 saylı Qaradağ seçki dairəsindən deputat seçilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Yeni Azərbaycan Partiyası 2010-cu ildə keçirilən parlament seçkilərində yaşını nəzərə alaraq M.Ələsgərovun adını namizədlər siyahısına daxil etməyib.

Üç övladı var. Oğlu Fuad Ələsgərov Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG