Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:36

ABŞ məbədə hücum edənin kimliyini müəyyən edib



Dünən ABŞ-ın Visconsin ştatında məbədə hücum edib 6 nəfəri öldürən adamın şəxsiyyəti məlum olub. ABŞ rəsmiləri onun 40 yaşlı Wade Page olduğunu deyirlər. Pentaqon onun 1992-1998-ci illərdə psixoloq kimi orduda çalışdığını təsdiq edib.

Avqustun 6-da rəsmilər Wade Page`in faşist qruplarla əlaqəsi olduğunu guman etdiklərini deyiblər. Reuters agentliyi də onun son illər Şimali Karolinada faşist təşkilatları ilə əlaqəsinin olduğunu yazır.

Məbəddə qarşısına keçəni güllələyin Page polislə də atışmaya girmiş və polisin gülləsi ilə ölmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG