Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:56

Yaponiya Hiroşima faciəsinin 67-ci ildönümünü qeyd edir



Yaponiyanın Hiroşima şəhərində dünyada atom bombası ilə ilk hücumun 67-ci ildönümü qeyd olunur. Hadisənin şahidləri və bomba partlayışında sağ qalanlar da daxil olmaqla şəhərdəki Hiroşima Sülh Memorialı Parkının yaxınlığına minlərlə adam toplaşıb.

1945-ci il avqustun 6-da II Dünya Müharibəsi Müttəfiq Qüvvələrindən olan ABŞ Hiroşima şəhərinə atom bombası atmışdı. Təxmini hesablamalara görə hadisə zamanı 140 000 adam həlak olmuş, şəhər demək olar dağılmışdı.

Bir neçə gündən sonra Nagasaki şəhərinə atılan ikinci atım bombasında da 10 minlərlə adam həlak oldu.

Bugünkü mərasimdə Hiroşima şəhərinin meri bildirib ki, belə faciələri yaşamış Yaponiya nüvə silahının ləğvi ilə bağlı kampaniyaların önündə getməlidir.

O, keçən il baş vermiş zəlzələ və sunamidən sonra Yaponiyadakı Fukushima atom elektrik stansiyasında qəza vəziyyətinə toxunaraq deyib ki, bu hadisə nüvə texnologiyasının hətta dinc məqsədlərlə olsa da çox təhlükəli olduğunu sübut edib.
XS
SM
MD
LG