Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:28

Medvedev meşə yanğınları ilə mübarizəni gücləndirməyi əmr edir



Rusiyanın Baş naziri Dmitry Medvedev ölkənin Sibir və Uzaq Şərq regionlarını bürüyən meşə yanğınları ilə mübarizə üçün daha çox canlı qüvvə, texnika və pul ayrılmasına göstəriş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə əhalinin az məskunlaşdığı Krasnoyarsk regionunda yanğın daha geniş yayılıb. Həmin ərazidə hazırda 1.4 milyon hektar meşə sahəsi yanır.

Yanğın həmçinin Sibirin mərkəzi ərazilərini, ural dağlarını və Monqolustan sərhədlərini əhatə edib. Yanğının qarşısının alınması işlərinə 210 000 nəfər və 45 000 texnika cəlb edilib.

Hökumət həmçinin yanğını söndürməyə 108 təyyarə və vertolyot cəlb edib.
XS
SM
MD
LG