Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:14

İranda dövlət televiziyası 5 nüvə alimin ölümünə görə yeni "etiraflar" yayıb


İran nüvə alimlərinin ölümünə görə tutulanların cinayətlərini etiraf etdiklərini bildirir
İranın dövlət televiziyası 2010-cu ildə 5 nüvə aliminin qətlinə görə saxlanan 10-dan çox şübhəli şəxsin etiraflar etdiyini bildirir.

Telekanal avqustun 6-da yaydığı məlumatında İsrailin paytaxtı Təl-Əviv yaxınlığında bir təlim düşərgəsini nümayiş etdirib və saxlanan şəxslərin orada təlim keçdiklərini deyib. Guya təlimdə onlar maqnit partlayıcını alimlərin getdikləri maşının altına yerləşdirməyi də orada öyrəniblər.

İranlı alimlər maşının partlaması nəticəsində həlak olmuşdular. Tehran bu hadisənin İranın qonşusu olan ölkələrdən birinin yardımı ilə ABŞ, İsrail və Britaniya gizli xidmət orqanlarının törətdiyini iddia edir. ABŞ və Britaniya iddiaları rədd edib, İsrail isə heç bir şərh verməyib.
XS
SM
MD
LG